Çarli Makizi kitabının Azərbaycan dilində nəşrinin təqdimatı olub

Bakı Kitab Mərkəzində tanınmış ingilis yazıçısı və rəssamı Çarli Makizinin “Oğlan, köstəbək, tülkü və at” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Kitab Mərkəzinin və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə çap olunub.

Təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əiyeva, Milli Məclisin deputatları, ziyalılar, ictimai xadimlər, xarici qonaqlar iştirak etmişlər. Çarli Makizi qonaqlara ünvanladığı videomüraciətində Azərbaycan nəşrinin yaradılmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Mərasimdə Bakı şəhəri 3 saylı Uşaq və Gənclər İnkişaf Mərkəzinin “Çiçəyim” uşaq teatr studiyasının aktyorları kitabdan səhnəciklər göstərib. Onların çıxışı çox maraqlı və yaddaqalan oub. 

Çarli Makizinin “Oğlan, köstəbək, tülkü və at” kitabı bu günə qədər İngiltərədə bestseller olaraq qalır.  Kitab balaca oğlan və onun üç dostu – köstəbək, tülkü və atdan bəhs edir. Hekayə boyu oğlan dostlarına müxtəlif suallar verir və onlardan həmin suallara çox məntiqli, sadə və dərin cavablar alır. Dörd dost arasında olan münasibətlər oxuculara inam, dostluq, xeyirxahlıq, cəsarət, sevgi, dürüstlük, mehribanlıq, mərhəmət kimi anlayışlar barədə bəhs edir. Kitabdakı bütün rəsmlər Çarli Makizi tərəfindən çəkilmişdir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab artıq Mərkəzimizdə satışdadır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma