Sabah 20 dərəcə isti olacaq – hava kəskin dəyişəcək

Dekabrın 1-dən havanın temperaturu 5-8 dərəcə aşağı enəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 13-17° isti, Bakıda gecə 8-10° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.

Dekabrın 01-i gündüzdən 02-si səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. Axşam yağış yağacagı ehtimalı var.

Havanın temperaturu dekabrın 02-də ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 01-i günün ikinci yarısından 02-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu dekabrın 02-də ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.
Çaylarda sululuğun artacağı ehtimalı var.

Leave a ReplyCancel reply