Dövlət İmtahan Mərkəzi kotirovka sorğusu elan edib

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs “Havalandırma və soyutma sistemlərinin illik profilaktikası” xidmətinin satın alınması məqsədi ilə kotirovka sorğusu elan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iddiaçı kimi iştirak etmək istəyənlərə təklif olunur ki, öz kotirovka təkliflərini möhürlənmiş və imzalanmış zərfdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Kotirovka sorğusunda iştirak etmək üçün tələb olunan sənədlər 13 dekabr 2021-ci il saat 17:00-dək  AZ1078, Bakı şəhəri, Nəsimi rayonu, Ak. H. Əliyev küç. 17 (əlaqələndirici şəxs: İlham Əliyev, telefon 012-310-53-16, daxili 1704) ünvanına təqdim edilməlidir.

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə  tərcümə olunmalıdır). Kotirovka sorğusu proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri 14 dekabr 2021-ci il saat 11:00-da zərflərin açılışında iştirak edə bilərlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma