COVID-19 xroniki ürək xəstələrinə necə təsir göstərir?

Səhiyyə Nazirliyi COVID-19 virusunun xroniki ürək və damar xəstəliklərindən əziyyət çəkən insanlara təsiri haqda geniş məlumat təqdim edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin mütəxəssisi İlqar Tahiroğlu COVID-19 mövcud ürək xəstəliklərinin ağırlaşmasına səbəb olduğunu qeyd edib.

Hər sinə ağrısının ürəklə əlaqəsi varmı?

İnfarktın ən çox görülən simptomu sinə ağrısıdır. İnfarkt ilə müşayiət olunan bu ağrı tez-tez sinədən sol qola doğru yayılır. Hər sinə ağrısı infarkt deyil. Sinə ağrısının müxtəlif səbəbləri ola bilər. Bu səbəblərdən ən çox rast gəlinənlər həzm sistemi ilə bağlı inkişaf edən xəstəliklər, xoralar, öd kisəsində yaranan problemlər, ürək-skelet sistemi pozğunluqları sinə ağrısına səbəb ola bilər. Sinə ağrısı psixoloji əsasda da baş verə bilir. Məsələn, panik atak keçirən xəstələrin sinə ağrısından əziyyət çəkdiyi məlumdur.

İnfarkt səbəbi nədir və qarşısını necə almaq olar?

İnfarkt ürəyə qan götürən damarlardakı tıxanıqlığa bağlı olaraq əmələ gələn ürəkdəki zədələnməyə verilən addır. Bütün orqanlar qan vasitəsi ilə qidalanır. Orqanlara qanın normal miqdarda getməməsi qidalanma pozğunluğunu meydana çıxarır və bu ürəkdə olduğu zaman infarkt baş verir. İnfarkta təkan verən müəyyən səbəblər vardır ki, onlara yüksək xolesterin, diabet, genetik faktorlar, siqaret, artıq çəki və piylənmə, alkoqol istifadəsi kimi hallar buna daxildir.

Qan təzyiqi hansı səbəblərdən yüksəlir?

Normalar zaman-zaman dəyişsə də yüksək qan təzyiqinin olması barədə danışmaq üçün sistolik təzyiqin 140 mm civə sütunundan yuxarı və diastolik təzyiqin 90 mm civə sütunundan yuxarı olması kifayətdir. Yüksək təzyiqin yaranması ilkin və ikincili səbəblər olaraq dəyərləndirilir. İlkin səbəblər ürək mənşəli olur. Bunlara ürək çatışmazlığı, ürəkdəki zəifləmə, ürək klapanlarındakı problemlər aid edilir.

İkincili yüksək təzyiqin əsas səbəblərindən biri də böyrəyə qan götürən damarlardakı darlıqdır. Daha çox gənc xəstələrdə görünən bu problem nəticəsində yüksək təzyiq dərmanlarla idarə oluna bilmir. Bəzi həyat tərzi vərdişləri, genetik meylin də təyiqin davamlı yüksəlməsində mühüm rolu var. Duz istehlakı, stress, artıq çəki buna misaldır. Digər tərəfdən qalxanabənzər vəzi, böyrək çatışmazlığı, şəkər xəstəliyi kimi xəstəliklər də yüksək təzyiqə səbəb ola bilər.

Yüksək təzyiq zamanında müdaxilə edilməzsə ağır fəsadlar əmələ gətirir. Ürək-damar sistemində, beyin qan dövranında pozğunluqlar və buna bağlı olaraq insult, damar divarlarındakı problemlər, böyrəkdə baş verən problemlər yüksək təzyiqin nəticəsi kimi yarana bilir. Bu səbəbdən yüksək təzyiq mütləq şəkildə erkən diaqnoz qoyulub nəzarət altına alınmalıdır. Bir çox halda həyat tərzinin dəyişikliyi, düz miqdarının azaldılması və hərəkətliliyin artırılması ilə bu təzyiq dərman müdaxiləsinə gərək qalmadan rahatlıqla nəzarət altına alınır.

Koronavirus laxtalanmaya səbəb olmaqla infarkt riskini artırırmı?

COVID-19 infeksiyası tənəffüs yollarının xəstəliyi kimi görülsə də, əsasən xəstəliklə bağlı ölümlərin üçdə biri ürəklə əlaqəli səbəblərə görə baş verir. Bu ölümlər ya ciddi ritm pozğunluğu, ya da ürəyin zədələnməsinin nəticəsidir. Buna görə də reanimasiya şöbələrində ürəklə bağlı ölümlər ön plandadır.

COVID-19 virusu əsasən damarların tutulmasına səbəb olur. Buna görə də bu virus damar olan yerdə ciddi problemlər yarada bilər. Virusun yaratdığı ən mühüm problem onun damardaxili laxtalanmaya səbəb olmasıdır. Bu vəziyyət bir tərəfdən ağciyərlərdə tutulmaların əsasını təşkil edir, digər tərəfdən də infarkt keçirməyi asanlaşdıran faktor kimi görünür.

COVID-19 mövcud ürək xəstəliklərinin ağırlaşmasına səbəb olurmu?

Bəli. COVID-19 virus mənşəli xəstəlikdir və bütün orqanlara təsir etdiyi kimi ürəkdən də yan keçmir. Özəlliklə ürək çatışmazlığı, ürək xəstəlikləri olan insanlar COVID-19-u daha ağır keçirir. COVID-19 ürəkdə ən önəmlisi ürək əzələsinin iltihabına səbəb olur. Bu iltihaba bağlı olaraq bütün əzələ gücü zəifləyir və ürək çatışmazlığına gətirib çıxarır. Bir əsas zədələnmə də ürəkdə ciddi aritmiyalara səbəb olur ki, xəstədə mədəcik mənşəli döyüntü pozğunluğu yaranır və ürək dayanmasına qədər gətirib çıxarır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma