Təhsil tələbə kreditləri mövzusunda birifinq keçirilib – VİDEO

Noyabrın 25-də təhsil tələbə kreditlərinə müraciətlərin başlanması ilə bağlı brifinq keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, brifinqdə iştirak edən təhsil nazirinin müavini İdris İsayev bildirib ki, təhsil krediti tələbələr üçün geniş imkanlar açacaq və təhsilin hamı üçün əlçatanlığını təmin edəcək. Nazir müavininin sözlərinə görə, kredit almaq istəyən tələbə əvvəlcə notariat qaydada kredit müqaviləsinin bağlanması ilə bağlı bir sıra razılıqları təsdiq etməlidir.

Bildirilib ki, tələbə müvafiq prosedurları həyata keçirdikdən sonra kredit almaq üçün e-ttkf.edu.az portalına daxil olub müraciətini göndərir, təhsil müəssisəsi müraciəti təsdiqlədikdən sonra sistem tələbənin kredit almaq hüququnu müəyyən edir.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, TTK uzun müddətə verilir. Bu müddət tələbənin təhsil aldığı təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır.

Sonda brifinq iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma