Şuşada reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin Siyahısı təsdiq edilib

Baş Nazir Əli Əsədov Şuşa şəhərinin ərazisində reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin Siyahısı təsdiq edilməsi haqda sənəd imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır.

Nazirlər Kabineti tərəfindən müvafiq Qərarın qəbul edilməsi Şuşa şəhəri ərazisindəki tarix-mədəniyyət abidələrinin qorunması, salamatlığının təmin edilməsi, quruluşuna xələl gətirilməməsi və gələcək nəsillərə olduğu kimi çatdırılmasına hüquqi zəmin yaradır, həmçinin ərazidə qoruq rejiminin tətbiqinə imkan verir. Bununla Şuşa şəhərinin tarix və mədəniyyət abidələrinin dövlət tərəfindən mühafizəsi gücləndirilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma