Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə “WhatsApp” üzərindən “spam” mesajlar göndərilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, mesaj göndərən şəxs Səhiyyə Nazirliyi depo departamentinin insan resursları şöbəsinin baş koordinatoru Emil Hüseynov olduğunu iddia edir. Həmin şəxs vətəndaşların müxtəlif vakansiyalar üzrə müraciətlərinin müsbət dəyərləndirildiyini iddia edir və bunun təsdiqi üçün onlardan 58 manat ödəniş etməsini tələb edir.

Bildiririk ki, Səhiyyə Nazirliyində bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqəti əks etdirmir. Vətəndaşlardan xahiş olunur ki, tanımadıqları şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər.

Nazirlik onu da bildirib ki, artıq aidiyyəti qurumlar bu mesajlarla bağlı məlumatlandırılıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma