Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilir

Bu gün Bakıda Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi  ilə işə başlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan forumun əsas məqsədi dünya ədəbi-fəlsəfi fikrinin inkişafında müstəsna rolu olan Nizami Gəncəvinin beynəlxalq aləmdə təbliği və onun yaradıcılığının, ideyalarının əhatə dairəsinin genişliyini nümayiş etdirməkdir.

Beynəlxalq forumda bir neçə ölkənin mədəniyyət nazir iştirakı nəzərdə tutulub vətədbir dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu elm adamlarını bir araya gətirib.

Forumda 15 ölkədən 40-dan çox alim və ekspert, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Tədbir çərçivəsində Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: müasir dünyaya baxış”, “Nizami “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə” dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçiriləcək. Həmçinin ikitərəfli görüşlər, kitab təqdimatı və digər tədbirlər planlaşdırılır.

Forum çərçivəsində müxtəlif ölkələrdən alimlər Nizaminin onların ədəbi-mədəni mühitinə təsirindən söz açacaqlar.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev forum ərəfəsində mətbuat nümayəndələri üçün təşkil edilmiş birifinqdə qeyd edib ki, səkkiz əsr öncə yaşayıb-yaradan şairin əsərlərində bu gün də dünya ictimaiyyətini heyrətləndirən humanizm var: “Gəncədən kənara çıxmayan bir insanın əsərlərinin təsir dairəsi insanları həqiqətən təəccübləndirir. Nizaminin fikir yükü eyni zamanda müasirliyi təbliğ edir. Mədəniyyət Nazirliyinin məqsədi  beynəlxalq forum vasitəsilə Nizami Gəncəvinin Azərbaycan mədəniyyətinin vacib bir hissəsi olduğunu göstərməkdir. Biz eyni zamanda Nizaminin humanist fikirlərini bölgədə sülh və əməkdaşlığın bərqərar olması üçün səfərbər etməliyik. Çünki Nizami irsi bəşəriyyəti birliyə, sülhə, əmin-amanlığa səsləyir. “İstəyirik ki, Nizami Gəncəvinin multikultural ideyaları geniş auditoriyalara çatsın. Ümid edirik ki, sülhsevər dünya, eləcə də qonşu ölkələr bizim çağırışlarımıza səs verəcək və bu, bölgədə sülhün yaranmasına töhfə olacaq”.

Forum noyabrın 26-dək davam edəcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma