Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri elan edilib

12-16 noyabr tarixlərində Bakı şəhərində keçirilən 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı  başa çatdı.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu il festivala 72 ölkədən 3217 qısa göndərilib. Bunlardan 82-si yerli müsabiqəyə təqdim edilib.

Seçim Komissiyasının qərarına əsasən 18 ölkəni (İspaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika, İran, Rusiya, Portuqaliya və digərlər) təmsil edən 30 film festivalın beynəlxalq, 26 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb. Festivalda yer alan yerli və xarici qısa filmlər 5 gün müddətində saat 12:00-dan Nizami Kino Mərkəzində nümayiş olunub. Festivalın bu ilki yeniliklərdən biri əsas mükafatı olan “Qızıl Nar” heykəlciyinin gənc heykəltəraşlar tərəfindən zövqlə hazırlanmış yeni dizaynda təqdim olunmasıdır. Bundan başqa, Azərbaycan kinosuna yeni gənc rejissorlar qazandıran festivalın bu ilki qaliblərə xüsusi töhfəsi də olub. Yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə də qaliblərə pul mükafatı verilib.

Yeri gəlmişkən, Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino məktəbinin tələbəsi Afaq Yusifli ilk müstəqil işi olan “Mənim ailəm” qısametrajlı sənədli filmilə festivala qatılmışıdı. Film “Münsiflər heyətinin diplomu”na layiq görülüb.

12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qaliblərini təqdim edirik:

Beynəlxalq müsabiqə

  • “Münsiflər heyətinin xüsusi seçimi” – “Kuku”/COO-COO-bədii filmi(Rejissor Svetlana Belorusova –Rusiya)
  • “Münsiflər heyətinin xüsusi mükafatı” – “Ruhun ruhu”/ANIMA ANIMAE ANIMAM sənədli filmi(Rejissor Hoze Martinez, Culieta Gəzrok-İspaniya)
  • “Ən yaxşı animasiya filmi rejissoru” – Mahsa Samani. “Habub”/HABOOB (Animasiya filmi-İran)
  • “Ən yaxşı animasiya filmi” – “Pərdəarxası” /BEHIND THE SCENE(Rejissor Vu Yen Şenq-Tayvan)
  • “Ən yaxşı sənədli film rejissoru” – Viyet Vu. “Əbədi bahar”/THE ETERNAL SPRINGTIME filmi(Vyetnam)
  • “Ən yaxşı sənədli film” – “4000 səs”/ 4000 VOICES(Rejissor Kuiş Səccad-İraq)
  • “Ən yaxşı bədii film rejissoru” – Heydər Taştan. “Çingiz”/CENGIZ filmi(Türkiyə)
  • “Ən yaxşı yaxşı bədii film”. “Daliya”/DALIA (Rejissor Brusi Olason-İslandiya)

Yerli müsabiqə

  • “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin diplomu – “28 may” bədii filmi(Rejissor Elvin Əhmədoğlu)
  • “Ən yaxşı prodüser” – “Arzu” filmi (Prodüser Rüfət Əlizadə)

“Münsiflər heyətinin diplomu”

  • “Mən Gəncəyəm” sənədli filmi(Rejissor Ramil Ağasıyev)
  • “Mənim ailəm” sənədli filmi(Rejissor Afaq Yusifli)
  • “Bir ovuc yumor və cansıxıcı kədər” sənədli filmi(Lalə Əliyeva)
  • “Xocalı nişanəsi” sosial çarxı(Rejissor Elçin Elxanlı)

Münsiflər heyətinin xüsusi mükafatı

  • “Artıq” bədii filmi(Rejissor Fərid Hüseynov)
  • “+65” animasiya filmi(Rejissor Sevinc Quliyeva)
  • “Ən yaxşı ssenari” – “Qaldırın yelkənləri” bədii filmi(Rejissor Səbinə Haqverdiyeva)
  • “Ən yaxşı sosial çarx” – “Korona-incəsənətə yardım”(Rejissor Cavid Səmədov)
  • “Ən yaxşı sənədli film”- “Papanin”(Rejissor Türkan Hüseynova)

“CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma