X sinfə qəbul prosesi bu tarixdə yekunlaşacaq

Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbulu prosesi 10 noyabr 2021-ci il tarixindən start verilib. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qəbul prosesi  şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada aparılır və 30 noyabr 2021-ci il saat 18:00-da yekunlaşacaq.

Məsələ ilə bağlı əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.

Leave a Reply Cancel reply