Sumqayıt avtobusları kart sistemindən nağd ödənişə qayıdıb

Sumqayıt şəhərində sərnişindaşımada kart sistemindən istifadə dayandırılıb.

TIME Trend-ə istinadən bildirir ki, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov bu məlumatı açıqlayaraq deyib ki, nağd ödənişə qayıdış müvəqqətidir.

“Artıq Türkiyədən yeni validator aparatları sifariş vermişik. Bu gündən Sumqayıtda ictimai nəqliyyatda kart vasitəsilə ödəniş dayandırılıb. Avtobuslarda quraşdırılmış validator aparatları və istifadə edilən ödəniş kartları insanlara problem yaşadırdı, vətəndaşlardan şikayətlər daxil olurdu. Bu problemin aradan qaldırılması üçün yeni validator aparatları sifariş verilib” – deyə, rəis müavini bildirib.

Onun sözlərinə görə, Sumqayıtda bütün ictimai nəqliyyat “Bakıkart” a məxsus kart sisteminə keçiriləcək.

“Bunun üçün tədbirlər görülür. Hazırda 206 avtobusumuz var. Onların hər birində yeni aparatlar quraşdırılacaq. Artıq “Bakıkart” sistemi ilə eyni olan kartlar da sifariş edilib. Sərnişinlər həmin kartlardan həm Bakının, həm də Sumqayıtın ictimai nəqliyyatında istifadə edə biləcəklər. Kartın üzərinə “Bakı-Sumqayıt” yazılacaq. Proses bir ay, ay yarıma yekunlaşacaq” – rəis müavini bildirib.

Qeyd edək ki, Sumqayıt şəhərinin ictimai nəqliyyatında bu il sentyabrın 28-dən kart vasitəsilə ödəniş tətbiq edilsə də, bu sistem özünü doğrultmayıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma