Xarici diplomları tanınan şəxslərin məlumatları artıq myGov portalında

Ölkəmizdə tanınan xarici diplomlar barədə məlumatlar myGov portalı vasitəsilə təklif olunan xidmətlərin siyahısına əlavə edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yazılan xüsusi veb-servis əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin elektron reyestri üzrə məlumatların myGov portalına ötürülməsi təmin edilib. 

Beləliklə, xarici ali təhsil ixtisasları Azərbaycan ərazisində tanınan müvafiq diplom sahibləri haqqında məlumatların artıq portal vasitəsilə əldə olunması mümkün hesab edilir.

Belə ki, əlaqəli şəxslər portalda “Məlumatlarım” hissəsindən “Xarici diplomlarım” bölməsinə keçid edərək xarici dövlətdə aldıqları ali təhsil ixtisasları haqqında zəruri məlumatları yükləyə bilərlər. 

Qeyd edək ki, cari dövrə kimi xarici ali təhsil ixtisasları Azərbaycan ərazisində tanınan müvafiq diplom sahibləri barədə məlumatların əldə olunması yalnız Agentliyin “Azərbaycan Respublikası ərazisində tanınan xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası” (https://apply.enic.edu.az/e-reference/) vasitəsilə mümkün hesab edilirdi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma