15 yaşınadək uşaqların fərdi identifikasiya kartı yeni şəxsiyyət vəsiqəsi ilə əvəz ediləcək

Azərbaycanda 15 yaşı tamam olmamış şəxslərə yeni şəxsiyyət vəsiqəsi veriləcək, bu sənəd hazırki fərdi identifikasiya kartını əvəz edəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu məsələ “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Yeni şəxsiyyət vəsiqəsində vətəndaşın şəkli əksini tapacaq, lakin 15 yaşı tamam olmamış vətəndaşın əl-barmaq izləri götürülməyəcək, habelə ona verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, vətəndaşın uşaqlarının soyadı və adı, vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır) daxil edilməyəcək.

Eyni zamanda, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi təklif edilir.

2013-cü ildə “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qəbul edilmiş Qanun gələn il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulmuşdur.

Qanunun ləğv edilməsi, layihənin dövlət büdcəsindən təxmini olaraq 60 milyon manat vəsaitin ayrılması tələb etdiyi ilə və büdcə xərclərinin artımına təsir edəcəyi ilə əlaqələndirilir.

Belə ki, layihə, müvafiq infrastrukturun yaradılması xərcləri ilə yanaşı, qanunvericiliyin tələblərinə uyğun olaraq uşağın 5 yaşı tamam olduqda kartın dəyişdirilməsi, itirilməsi, korlanması, uşağın adının, soyadının, ata adının dəyişdirilməsi və digər səbəblərdən sənədin tez-tez əvəzlənməsi büdcə xərclərinin artmasına səbəb olacaq.

“2018-ci il 1 sentyabr tarixdən 15 yaşı tamam olmamış vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqəsinin verildiyi və həmin vəsiqədə olan məlumatların fərdi identifikasiya kartında olan məlumatlarla eynilik təşkil etdiyi nəzərə alınaraq, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqinə ehtiyac qalmır.

Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma