İşsizlikdən sığorta ödənişi kimlərə təyin edilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin 10 ayı ərzində ümumilikdə 3 033 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ötən ildən ödənişi davam edənlər də daxil olmaqla 12 164 nəfərə bu müddət ərzində sığorta ödənişi həyata keçirilib.

İşsizlikdən sığorta ödənişi dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş şəxslər – ən azı 1 il sığorta stajı olduqda təyin edilir. Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslərə isə bu ödənişin təyinatı işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 ay ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olduqda həyata keçirilir.

Ötən il “İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişikliklə sığorta ödənişinin verilməsi qaydaları sadələşdirilib və sığorta məbləğinə artım edilib. Bu yenilik işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişlənməsinə imkan verib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma