Nizami Gəncəvinin portreti fləş-mob çərçivəsində yaradılıb – VİDEO

“Nizami ili” münasibətilə noyabrın 15-də başlayan Nizami Gəncəvi Beynəlxalq Festivalı maraqlı təqdimatlarla davam edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, festival çərçivəsində şairin yurdunda daha bir maraqlı layihə gerçəkləşib.

Noyabrın 18-də Gəncə şəhərinin Heydər Əliyev meydanında fləşmob təşkil olunub. Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyəti, şəhər Təhsil İdarəsinin dəstəyi, Gəncə Şəhər İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə hazırlanan fləşmobdan əvvəl ərazi bütövlüyümüzü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

8800 nəfərin iştirakı ilə baş tutan layihədə Gəncə Maarif İctimai Birliyinin könüllüləri, şəhərin ali təhsil müəssisələrinin tələbələri, orta məktəb şagirdləri dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin portretini və 880 rəqəmini canlı olaraq yaradıblar.

Xoreoqrafı Mobil Qarayev olan fləşmob şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma