DİM bu il keçirilmiş buraxılış və qəbul imtahanlarının nəticələrini təqdim edib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2021-ci ildə keçirilmiş buraxılış və qəbul imtahanlarının nəticələri barədə məlumatları təqdim edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Cədvəl 1-də 2020/2021-ci tədris ili üzrə buraxılış sinif məzunları barədə, Cədvəl 2-də isə 2020/2021-ci və 2021/2022‑ci tədris illəri üçün keçirilmiş qəbul imtahanları üçün qeydiyyatdan keçmiş şəxslər barədə məlumatlar təqdim edilir.

Cədvəl 1-dən göründüyü kimi, 2021-ci ildə ümumtəhsil müəssisələrində 220359 nəfər məzun təhsil almışdır. Bu məzunlar barədə məlumatlar 4000-dən çox ümumtəhsil müəssisəsinin məsul şəxsləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilmiş, məlumatlar yoxlanılaraq təsdiq edildikdən sonra buraxılış imtahanı bazası formalaşdırılmışdır. Məzunların bir qismi təhsildən yayınma, bir qismi isə şəxsiyyəti təsdiq edən sənədinin olmaması səbəbindən buraxılış imtahanlarına cəlb edilməmişdir. Ümumilikdə 217534 nəfər məzun (98.7%) buraxılış imtahanlarında iştirak etmişdir. İmtahanda iştirak edənlərlə yekun attestasiyası aparılanlar arasında yaranan fərqlər onunla izah edilir ki, tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil müəssisələrinin bəzi məzunları buraxılış imtahanında iştirak etsələr də, Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməmişlər. Ümumilikdə 218505 nəfər məzunun (99.2%) yekun attestasiyası aparılmışdır.

Qeyd etmək lazımdır ki, məzunlar Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi elektron xidmətdən (https://eservices.dim.gov.az/sagird/indexsh.aspx) istifadə edərək “Şagird-məzun” sistemində özləri haqqında məlumatlara baxa bilirlər. Məlumatlarda uyğunsuzluq aşkar edildikdə bu xidmət vasitəsilə DİM-ə düzəlişlərin edilməsi ilə bağlı sorğu ünvanlanması da mümkündür. Vətəndaşlara sözügüdən xidmətdən aktiv istifadə etməyi tövsiyə edirik.

2020/2021-ci və 2021/2022-ci tədris illəri üzrə ali və orta ixtisas təhsili müəssilərinə keçirilmiş qəbul imtahanlarının nəticələri barədə müqayisəli statistik məlumatlar Cədvəl 2-də təqdim edilir.

Cədvəldən görünür ki, ötən illə müqayisədə 2021-ci ildə ali təhsilin bakalavriat səviyyəsi üzrə qəbul olanların sayında 1047 nəfər artım olmuşdur. Ali təhsilin magistratura səviyyəsi üzrə elektron ərizə qəbulunda iştirak etmiş bakalavrların sayı isə ötən illə müqayisədə iki dəfədən artıq, yəni 18748 nəfər çox olmuşdur. Bu artım 2021-ci ildə magistraturaya qəbul imtahanının bir mərhələ üzrə iki dəfə keçirilməsi ilə izah edilir. Eyni zamanda 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əvvəlki illərlə müqayisədə daha çox məzun müraciət etmişdir. Bu onunla izah edilir ki, təhsil haqqında qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, subbakalavrlar öz ixtisaslarına uyğun olaraq ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimində imtahan vermədən birbaşa iştirak etmək hüququ əldə etmişlər.

Ümumilikdə, bu il ərizə qəbulunda iştirak etmiş şəxslərin sayı ötən illə müqayisədə 32261 nəfər (13.8%) çox, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş şəxslərin sayı isə 4091 nəfər (5.4%) çox olmuşdur.

Vətəndaşların nəzərinə çatdırırıq ki, Elektron hökümət portalı (https://www.e-gov.az/ və ya https://my.gov.az/) üzərindən “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidmətindən istifadə etməklə ali və orta ixtisas təhsili haqqında məlumatlarına baxa bilərlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma