AQTA 5 ictimai iaşə obyektində nöqsanlar aşkar edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 17-də ölkə üzrə 410 ictimai iaşə obyektində 716 monitorinq keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi ‎rayonu, Natavan küç., ev 19 ünvanında yerləşən, fiziki şəxs Quliyev Eldar Museyif oğluna məxsus “Bulaq” restoranı;

2. Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr-da yerləşən, fiziki şəxs Xəlilov Amil Hümbət oğluna məxsus “Çinar” restoranı;

3. Bakı şəhəri, Xətai‎ rayonu, Neapol küçəsi 16 ünvanında yerləşən, fiziki şəxs Əsgərov Sərxan İsgəndər oğluna məxsus “Neopali” kafesi;

4. Bakı şəhəri, Nizami ‎ rayonu, Rüstəm Rüstəmov küç., ev 29c ünvanında yerləşən, fiziki şəxs Axundov Vüqar Qabil oğluna məxsus “Doyum dönər” kafesi;

5. Oğuz rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Hacıyev Seymur Ələfsər oğluna məxsus çay evi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib.

Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma