Səudiyyə Ərəbistanı Krallığı ilə gömrükdə əməkdaşlıq üzrə saziş imzalanıb

Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş imzalanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, noyabrın 15-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin rəhbərliyi ilə nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığında rəsmi səfərdə olub.

DGK sədri Səfər Mehdiyev Ər-Riyad şəhərində bu ölkənin Zəkat, Vergi və Gömrük Orqanının Baş direktoru Suheyl bin Məhəmməd Əbənimi ilə görüşüb.

Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasındakı münasibətlərdən məmnunluqla bəhs edən Səfər Mehdiyev iki ölkənin gömrük orqanlarının qarşılıqlı əlaqələrinin də gücləndirilməsinin vacibliyini vurğulayıb.

Komitə sədri Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar çərçivəsində reallaşdırılan struktur dəyişiklikləri, maddi-texniki bazanın və əməkdaşların potensialının gücləndirilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi, şəffaflığın təmin olunması istiqamətində atılan addımlardan bəhs edib. Bildirilib ki, müasir texnologiyaların, innovativ layihələrin tətbiqi hesabına, fiskal sahədə, qaçaqmalçılığa qarşı mübarizə, vətəndaş-məmur təmasının minimuma endirilərək şəffaflığın təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub.

44 günlük Vətən Müharibəsində qazandığımız parlaq qələbədən bəhs edən Komitə sədri Azərbaycanın işğal altındakı ərazilərini azad etməsinin yalnız region üçün deyil, beynəlxalq ticarətin və tranzitin inkişafı baxımından da yeni imkanlar yaratdığını diqqətə çatdırıb.

Səfər Mehdiyev iki ölkənin gömrük orqanları arasındakı əlaqələrin inkişaf perspektivlərindən danışıb və bu istiqamətdə atılacaq addımların qarşılıqlı ticarət dövriyyəsinin artmasına da müsbət təsir göstərəcəyini vurğulayıb.

Səudiyyə Ərəbistanının Zəkat, Vergi və Gömrük Orqanının Baş direktoru Suheyl bin Məhəmməd Əbənimi ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb, imzalanacaq sazişlə gömrük orqanlarının da bu sahəyə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” imzalanıb.

Sənədi Azərbaycan Respublikası hökuməti adından Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Səudiyyə Ərəbistanı Krallığı hökuməti adından bu ölkənin Zəkat, Vergi və Gömrük Orqanının Baş direktoru Suheyl bin Məhəmməd Əbənimi imzalayıblar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma