Pandemiya ilə bağlı karantin sərtləşdirilməyəcək – vaksinasiya davam edir

Ölkədə pandemiya ilə bağlı vəziyyət qənaətbəxşdir və məhdudiyyətlərin tətbiqi nəzərdə tutulmur.

TIME bildirir ki, səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev jurnalistlərə açıqlamasında deyib ki, pandemiya ilə bağlı məhdudiyyətlərin tətbiqi ilə əlaqədar Operativ Qərargaha heç bir müraciət edilməyib.

“Hələ ki belə bir şey nəzərdə tutulmayıb, vəziyyət nəzarət altındadır. Hazırda bununla bağlı əlavə tədbirlər düşünülmür”, – deyə T.Musayev bildirib.

O bildirib ki, vəziyyət daha da stabilləşməyə doğru gedir:

“Artıq bu ilin yanvar ayından vaksinasiya kampaniyası uğurla həyata keçirilir. Məqsəd qrupunun 60 faizdən çoxu hər iki dozanı qəbul edib. İkinci dozadan 6 ay keçmiş insanları buster dozanı almağa dəvət edirik. Orada heç bir sıxıntı yoxdur. Bununla əlaqədar deyə bilərəm ki, ölkəmizdə COVID-19 infeksiyasının yayılması ilə bağlı vəziyyət stabildir. Get-gedə də vəziyyət stabilləşməyə doğru getməlidir. Təbii ki, əfsuslar olsun ki, virus daim mutasiyaya uğrayır, yeni ştammlar yaranır. Beynəlxalq əlaqələr, insanların gediş-gəlişi ilə əlaqədar da yeni ştammlar yayılır. Buna baxmayaraq vaksinasiyanın uğurla həyata keçirilməsi və əhalinin mühüm hissəsinin vaksin qəbul etməsi onu deməyə əsas verir ki, ölkəmizdə pandemiya ilə bağlı vəziyyət qənaətbəxşdir”, – Teymur Musayev deyib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma