Ödəniş zamanı QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik təsdiq edilib

Mərkəzi Bank tərəfindən ölkədə rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətdə aparılan işlər çərçivəsində Azərbaycan Respublikası ərazisində QR kod vasitəsi ilə təqdim olunan ödəniş xidmətlərinin effektivliyinin artırılması, habelə qarşılıqlı uyğunluğun təmin edilməsi məqsədi ilə “Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik” təsdiq edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Metodoloji Rəhbərlik bir çox aparıcı ölkələrin təcrübələri, həmçinin Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyasının təklifləri nəzərə alınmaqla hazırlanmışdır.

Eyni zamanda, Azərbaycan Respublikasında ümumi istifadə üçün nəzərdə tutulan QR kodun tərtibatı ödəniş sahəsi üzrə nüfuzlu EMVco təşkilatının təsərrüfat subyekti tərəfindən təqdim olunan QR kod üzrə standartlara uyğunlaşdırılmışdır.

Metodoloji Rəhbərlikdən irəli gələn tövsiyətlərin tətbiqi ölkədə banklar və bank olmayan ödəniş təşkilatları tərəfindən təqdim olunan QR ödənişlərinin standartlaşdırılmasını, təmassız ödənişlərin genişlənməsini və bununla da iqtisadi subyektlər üçün daha əlverişli ödəniş həllərinin təqdim edilməsini təmin edəcəkdir.

Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma