Məktəbiniz istiliklə təmin olunmayıb?

Ümumtəhsil məktəblərinin istiliklə təminatında yarana biləcək məsələlərin araşdırılması və həlli üçün Təhsil Nazirliyində operativ informasiya qrupu yaradılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, payız-qış mövsümü ilə əlaqədar noyabrın 1-dən respublikanın dağ və dağətəyi ərazilərində, 15-dən isə digər bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesinə başlanılıb. 

Ölkə ərazisində ümumtəhsil məktəblərinin istiliklə təminatında yarana biləcək məsələlərin araşdırılması və həlli üçün Təhsil Nazirliyində operativ informasiya qrupu yaradılıb. Bu qrup məktəblərin istiliklə təchizatında qeydə alınan  məsələlərlə məşğul olacaq.

Nazirliyin 146-1 və Bakı şəhəri üzrə Təhsil İdarəsinin 146-0 Çağrı Mərkəzləri ilə əlaqə yaratmaqla və yaxud qurumun rəsmi “Whatsapp” xidmətinə (051 206 78 48) yazmaqla operativ qruplara müraciətləri yönləndirmək mümkündür. 

Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 62 faizində istilik mərkəzləşdirilmiş qaydada, digər hissəsində isə müxtəlif vasitələrlə(odun, dizel, elektrik radiatoru) təmin olunur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma