Gələn ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirələrdən sonra 2022-ci ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib. 2022-ci ilin dövlət büdcəsində bütün sosialyönümlü xərclər artırılır.

TIME bildirir ki, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 874 497,0 min manat, yerli gəlirləri 941 503,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri 978 959,0 min manat) məbləğindədir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib ki, pensiya və əməkhaqqılar gələn ildən artırılacaq.

“Amma vətəndaşları maraqlandıran bir məsələ var. Gələn il də qiymət artımları davam edəcəkmi? Əgər biz gələn il inflyasiyanın qarşısını almasaq, xüsusilə möhtəkirliklə mübarizə aparmasaq, vətəndaşlarımız pensiya və maaş artımlarının faydasını görməyəcək.

Dünyada çox ciddi ərzaq qıtlığı prosesi baş verir və biz ilk növbədə ərzaq qıtlığının qarşısını almaq üçün zəruri tədbirlər görməliyik” – deyə, M. Quliyev bildirib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma