Azərbaycan generalının minaya düşməsi faktı ilə bağlı istintaq davam edir

Baş Prokurorluq general-mayor Hikmət Həsənovun minaya düşməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqını davam etdirir.

TIME Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatına istinadən bildirilir ki, general-mayor Hikmət Həsənovun 20 noyabr 2020-ci il tarixdə işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşməsi nəticəsində xəsarət alması faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.12-ci ( milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Leave a Reply