6 ölkədən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 6 ölkədən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Çin Xalq Respublikasının Çinhay əyalətində və İordaniya Haşimi Krallığının Amman inzibati ərazi vahidində dabaq xəstəliyi, Norveç Krallığının Roqaland inzibati ərazi vahidində, Niderland Krallığının Qroninqen əyalətində, Almaniya Federativ Respublikasının Meklenburq-Ön Pomeraniya vilayətində və İngiltərənin Qərbi Midland regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xalq Respublikasının Çinhay əyalətindən və İordaniya Haşimi Krallığının Amman inzibati ərazi vahidindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın  idxalına, həmçinin tranzit daşınmasına, Norveç Krallığının Roqaland inzibati ərazi vahidindən, Niderland Krallığının Qroninqen əyalətindən, Almaniya Federativ Respublikasının Meklenburq-Ön Pomeraniya vilayətindən və İngiltərənin Qərbi Midland regionundan OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləs”inin 10.4.23-cü və 10.4.25-ci maddələrinə uyğun olaraq, quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən Azərbaycan Respublikasının ərazisindən diri quşların tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə habelə Çin Xalq Respublikasından, İordaniya Haşimi Krallığından, Norveç Krallığından, Niderland Krallığından, Almaniya Federativ Respublikasından və İngiltərədən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma