Peşə təhsili pilləsi üzrə inklüziv tədris

Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü çərçivəsində peşə təhsili pilləsi üzrə inklüziv tədrisin tətbiqi istiqamətində təlimlərə start verilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Aİ-nin maliyyələşdirdiyi “Gələcək üçün Peşə Təhsili” layihəsi çərçivəsində ölkədə ilk dəfə olaraq inklüziv peşə təhsili istiqamətində təlim proqramı həyata keçirilib.

Peşə təhsilində inklüzivliyin təşviqi proqramı sahə üzrə uzunmüddətli təcrübəyə malik mütəxəssis Dr. Peter Grimes tərəfindən tədris edilib. Üçgünlük proqramda Bakı, Gəncə, Şəki, Cəlilabad və Lənkəran peşə təhsil müəssisələrində çalışan müəllimlər, istehsalat təlimi ustaları üçün müvafiq təlimlər keçirilib və sağlamlıq imkanları məhdud olan şəxslər üçün peşə təhsili səviyyəsində tədris üzrə pedaqoji təlim dəstinin istifadəsi izah edilib. 

Təlimlər vasitəsilə iştirakçılar peşə təhsilinin tədrisində inklüzivlik, maneələr və həll yolları barədə müzakirələr aparır, universal öyrənmə mühitinin təşkili mövzusunda daha ətraflı məlumat əldə ediblər. 

Qeyd edək ki, proqramın məqsədi peşə təhsilində inklüzivliyi təşviq etmək və bu istiqamətdə müasir  yanaşmaların tətbiqinə dəstək olmaqdır. Sözügedən təlim proqramı, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma