DİM “caterıng” xidmətinin satınalınması üzrə təkliflər sorğusu elan edib

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs “Hazır yeməklərin çatdırılması (caterıng)” xidmətinin satınalınması ilə əlaqədar təkliflər sorğusu elan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iddiaçılar müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İştirak haqqı nəzərdə tutulmayıb.

1. İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

– təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;

– tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

– tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

– müsabiqədə iştirak haqqı tələb olunmur;

– vergilərə və digər icbarı ödənişlərə borcun olub-olmaması barədə rəsmi sənəd;

– nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş);

– dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq olunmuş);

– rekvizitlər (möhürlənmiş və imzalanmış şəkildə)

– dövlət reyestrindən çıxarış (notarial qaydada   təsdiq olunmuş);

– gigiyenik və qida təhlükəsizliyi (AQTA) sertifikatları;

– qiymət təklifi.

İddiaçının müvafiq sahədə peşəkarlığını və iş təcrübəsini, eləcə də texniki imkanlarını əks etdirən məlumatlar (İddiaçılar öz təkliflərini geniş təqdim etməli, o cümlədən qidanın hazırlanmasına və çatdırılmasına cəlb olunacaq işçilərin müvafiq tibbi arayışlarını əlavə etməlidirlər)təqdim etməlidir. Eyni xidmətin göstərilməsi üzrə iş təcrübəsini təsdiq edən məlumatlar təqdim edilməlidir. İddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları haqqında yazılı məlumat təqdim edilməlidir.

İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 1 dekabr 2021-ci il saat 17.00-dək təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan tender təkliflərinə baxılmayacaq.

Təkliflər 2 dekabr 2021-ci il saat 11.00-da açılacaq.

Tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən “Əsas şərtlər topIusu”nda müəyyənləşdirilən tələblərə cavab verən yerli xidmətlər üzrə tender təkliflərinin xeyrinə xarici iddiaçıların qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edilir.

İddiaçıların tender təklifi, həmçinin təkliflər sorğusu proseduru ilə əlaqədar bütün yazışmalar və sənədlər Azərbaycan dilində həyata keçirilməlidir (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.

Əlaqələndirici şəxs: Almədətova Röya , telefon: (012) 310 53 16, daxili 1747

E-mail: i.aliyev@dim.gov.az

Ünvan: AZ1138, Bakı şəhəri, Nəsimi rayonu, Ak. H. Əliyev küçəsi 17.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma