Türk Şurasının adı dəyişdirilib və 2040-cı ilədək fəaliyyət planı təsdiqlənib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb və “Türk Dünyası 2040 Vizyonu” təsdiq edilib.

Trend-in verdiyi məlumata əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünün bağlanış mərasimində deyib.

Türkiyə Prezidenti eyni zamanda Türk Şurasının “Türk Dünyası 2040 Vizyonu” təsdiq edildiyi bəyan.

Qeyd edək ki, noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib.

Leave a Reply