Dövlət büdcəsinin sosialyönümlü hissəsi artırılır – Aliment Fondu yaradılacaq?

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edib.

TIME bildirir ki, komitə sədri Aliment Fondunun büdcəyə yük olmayacağını qeyd edib.

“Təklif edirəm ki, belə bir fond yaradılsın. Bu fond uşaqların müdafiəsi baxımından da önəmlidir”, – deyə H.Hüseynova əlavə edib.

Bununla yanaşı, H.Hüseynova Azərbaycanda atalıq məzuniyyəti ödənişli olmasını və məhkəmələrdə psixoloq ştatlarının yaradılmasını təklif edib:
“Təklif edirəm ki, atalıq məzuniyyətinin ödənişli olması məsələsi büdcədə nəzərdə tutulsun. Məhkəmələrdə psixoloq ştatlarının olması boşanmaların qarşısını ala bilər”.

İclasda müzakirələr zamanı maliyyə naziri Samir Şərifov Azərbaycanın 2022-ci il dövlət büdcəsinin sosialyönümlü hissəsi 46.4 faizə, yəni 13 milyard 851 milyon manata çatdırılacağını qeyd edib.

Nazir bildirib ki, sosialyönümlü hissədə əməyin ödənişi xərclərinin xüsusi çəkisi artaraq 60 faiz təşkil edir.

“Bu istiqamətdə 8 milyard 97 milyon manat vəsait ayrılır ki, bu da cari illə müqayisədə 22.7 faiz çoxdur. Son 5 ildə əməyin ödənişi fondu 1.8 dəfə və yaxud 3 milyard 685 milyon manat artıb,” – deyə nazir bildirib.

S. Şərifovun sözlərinə əsasən, azad edilmiş ərazilərdə xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının maaşlarının artırılmasıda nəzərdə tutulur.

O bildirib ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın həyata keçirilməsini prioritetlər sırasına daxil edib. Nazirin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri sürətli şəkildə həyata keçirilir.

S.Şərifov əlavə edib ki, büdcə layihəsində müdafiə və təhlükəsizlik sahəsi üzrə ayrılan xərclər prioritet xərclər kimi təsnif edilib.

“İşğaldan azad edilmiş ərazilərdə xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının əməkhaqqılarının artırılması da nəzərdə tutulur. Müdafiə xərclərinin sırasında hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması məsələləri də yer alır”, – deyə S.Şərifov əlavə edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma