Bakıda on restoran və şadlıq sarayının havanı çirkləndirməsi aşkar edilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən atmosfer havasına atılan tullantıların azaldılması və mövcud normalara cavab verməsi məqsədilə Bakı şəhərində fəaliyyət göstərən bir sıra şadlıq saraylarında nəzarət tədbirləri keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, xidmət rəisi Hikmət Əlizadə bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı paytaxtın Nizami və Qaradağ rayonlarında fəaliyyət göstərən “Şam Bağı”, “Golden Ring”, “Sultan”, “Ağ Saray”, “Oskar”, “Sapfir”, “Xan Qızı”, “Grand Neon” və “Qaradağ” şadlıq saraylarında təmizləyici qurğuların olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

H.Əlizadənin sözlərinə görə, Səbail rayonunda fəaliyyət göstərən “Tiflis” restoranında isə ümumiyyətlə təmizləyici qurğunun quraşdırılmadığı məlum olub.

“Faktlarla bağlı akt, protokol tərtib edilib və obyekt sahibləri barəsində qanunamüvafiq tədbirlər görülüb”.

Xidmət rəisi onu da qeyd edib ki, əməkdaşlarımız tərəfindən monitorinqlər digər bölgələrdə də davam etdirilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma