Azərbaycan cizgi filmi İtaliyada festivalda nümayiş olunacaq

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin tələbəsi Gülnar Əliyevanın “Sərçə” cizgi filmi İtaliyanın Neapol şəhərində keçirilən Beynəlxalq Qısa Filmlər Festivalında iştirak edəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, festival noyabrın 16-dan 20-dək davam edəcək.

Xatırladaq ki, Gülnar Aliyeva Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdindəki Kino Məktəbinin cizgi filmlərinin rejissor-rəssamı şöbəsini bitirib. “Sərçə” cizgi filmi onun diplom işidir.

Film rejissor Frangiz Qurbanovanın rəhbəri olduğu “Birlik” studiyasında çəkilib.

Filmin prodüseri Firəngiz Qurbanova, rəssamı Zema Əhədovadır.

Leave a Reply