Gələn il dövlət büdcəsinin xərcləri nəyə görə artacaq?

İşğaldan azad edilmiş ərazilərin bərpası 2022-ci ilin dövlət büdcəsi xərclərinin əsas istiqamətləri sırasındadır.

TIME bildirir ki, maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında büdcə müzakirələri zamanı çıxışında deyib ki, azad edilmiş ərazilərin bərpa olunması, yenidən qurulması, soydaşlarımızın öz doğma torpaqlarına qayıtması kimi şərəfli vəzifənin yerinə yeirilməsi təmin ediləcək.

“Cari ilin dövlət büdcəsindən bu məqsədlər üçün 2.2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur”- deyə nazir qeyd edib.

S. Şərifov bildirib ki, dövlət başçısının tapşırığı əsasında əsasında əmək haqlarının artırılması ilə bağlı təkliflər hazırlanıb.

“Hesab edirəm ki, bu artımlar hüquq-mühafizə orqanlarında çalışanlara da aid ediləcək”, – deyə nazir qeyd edib.

Nazir onuda qeyd edib ki, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin çox böyük əhəmiyyəti var.

“Hesab edirəm ki, biz həmin qanunun maliyyə tələblərini və təminatını dəqiqliklə qiymətləndirməliyik. Əfsuslar olsun ki, 1992-ci ildə qəbul edilmiş qanun icra edilməmişdi. Nəyə görə icra edilməyib? Çünki onun maliyyə təminatı olmayıb”, – nazir vurğulayıb.

Nazirin sözlərinə əsasən, gələn ilin dövlət büdcəsində xərclər manatın bügunkü məzənnəsi ilə hesablanıb

“Biz çalışırıq ki, bizim büdcə xərclərimiz hər hansı formada manatın məzənnəsinin dəyərsizləşməsinə xidmət etməsin. Bu baxımdan biz Mərkəzi Bankla birlikdə olduqca əlaqələndirilmiş şəkildə siyasət aparırıq. Onu qeyd etmək istərdim ki, 2022-ci ilin dövlət büdcəsində xərclər manatın bügunkü məzənnəsi ilə hesablanıb” – deyə nazir jurnalistlərə verdiyi açıqlamada qeyd edib.

S. Şərifov onuda bildirib ki, Nazirlər Kabineti tərəfindən “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” artıq hazırlanıb. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.

“Sənədin böyük əhəmiyyətini nəzərə alaraq gözlənilir ki, cənab Prezident İlham Əliyev tərəfindən bu sənədə baxıldıqdan sonra 2022-ci ilin dövlət büdcəsi layihəsinə dəyişikliklər edilə bilər”, – deyə nazir vurğulayıb.

Gələn il Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.

Dövlət büdcəsinin xərcləri isə 2022-ci ildə 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma