Elektromobillərin satışı ƏDV-dən azad ediləcək

Azərbaycanda gələn ildən elektrik mühərrikli avtomobillərin satışı ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

TIME Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Deputatın elektrik avtomobillərinin idxalına güzəştlərin tətbiqi barədə təklifinə münasibət bildirən nazir müavini bildirib ki, 2019-cu ildən elektrik mühərrikli avtomobillərin idxalı ƏDV-dən azaddır.

“Elektrik mühərrikli avtomobillərin ölkə daxilində satışının da gələn ildən ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Həmçinin, onların doldurulma məntəqələri də ƏDV-dən azad ediləcək” – deyə, S.Ələkbərov qeyd edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma