Azərbaycanda külək elektrik stansiyasının tikintisi başlanılır

Bu ay Azərbaycanda 240 meqavatt gücündə külək elektrik stansiyasının təməlqoyma mərasiminin keçirilməsi gözlənilir.

TIME bildirir ki, energetika naziri Pərviz Şahbazov “Asharq Al-Awsat” nəşrinə müsahibəsində deyib ki, təməlqoyma mərasimində iştirak etmək məqsədi ilə Səudiyyə Ərəbistanından nümayəndə heyətinin ölkəmizə səfəri gözlənilir.

“Biz Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 meqavatt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı saziş imzalamışıq. Elektrik stansiyasının böyük gücü təkcə Azərbaycanda deyil, həm də regionun bütün ölkələrində bərpa olunan enerji mənbələrinin inkişafı üçün vacibdir. Bu ay Səudiyyə Ərəbistanından nümayəndə heyətinin külək elektrik stanasiyasının təməlqoyma mərasmində iştirak üçün Azərbaycana səfəri gözlənilir. Yaxın zamanlarda nümayəndə heyəti üzvləri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etməyə ümid edirik”.

Yeni külək elektrik stansiyasının tikintisi ilə bağlı saziş Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə “ACWA Power” şirkəti arasında ötən ilin 29 dekabr tarixində imzalanıb.

Leave a Reply