Dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsində əsas məqamlar

Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni inkişaf mərhələsinə daxil olur.

Trend-in verdiyi məlumata əsasən, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, karantin rejiminin əhəmiyyəti dərəcədə yumşaldılması və iqtisadi artımın yüksəlməsi şəraitində ÜDM-in artım dinamikasında müsbət meyillər güclənməkdədir.

“Qarşımızda iqtisadi artımın daha dayanıqlı hala gətirilməsi, milli iqtisadiyyatın maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi kimi ümdə vəzifələr durur. Bunun üçün müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib” – deyə nazir qeyd edib.

M. Cabbarov bildirib ki, Azərbaycanda bu il iqtisadi artımın 5%-dən çox olması proqnozlaşdırılır.

Nazir bildirib ki, cari ilin 9 ayında qeyri-neft sektorunda əlavə dəyər artıb.

“Son illər hökumət tərəfindən sənaye zonalarının inkişafı üçün siyasət həyata keçirilib.

Bu günədək ölkədə 510-dan çox investisiya təşviqi sənədi verilib. Dövlət investisiyalarına gəldikdə, 2022-ci ilin ilkin büdcə layihəsində bu istiqamətə əsaslı vəsait qoyulub” – M.Cabbarov deyib.

M. Cabbarov onu da qeyd edib ki, 2022-ci ildə orta aylıq əməkhaqqının 807 manat olması proqnozlaşdırılır.

Nazir bildirib ki, orta aylıq əməkhaqqının real artım tempi 4,7 % həcmində proqnozlaşdırılır:

“Hamınızı əmin etmək istəyirəm ki, yeni strategiyanın reallaşması ölkə iqtisadiyyatında yeni dəyişikliklərə səbəb olacaq. Növbəti 5 il işğaldan azad olunmuş bölgələrin ölkə iqtisadiyyatına reinteqrasiyası üçün əsas dövrü təşkil edir”.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, növbəti ilin dövlət büdcəsində əməkhaqqının artırılması üçün vəsait nəzərdə tutulub.

Nazir bildirib ki, sosial müdafiə və sosial təminat üçün gələn ilin dövlət büdcəsindən 3 milyard manatdan çox vəsait ayrılacaq.

S.Şərifov qeyd edib ki artımlar hesabına sosial sığorta yığımları da artacaq: “Eyni zamanda ölkədə qeyri-formal məşğulluğun azaldılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi sosial sığorta haqqlarının yığımına, artmasına müsbət təsir edib”.

Bununla yanaşı, gələn il Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 22 milyon manat və yaxud 27,5% artırılaraq 80 milyon manatdan 102 milyon manata çatdırılacaq.

Nazir qeyd edib ki, artım tələbələrə verilməsi nəzərdə tutulan kreditlər üçün büdcədən ayrılacaq vəsait hesabına baş tutacaq.

İşğaldan azad edilmiş ərazilərin bərpası üçün gələn ilin dövlət büdcəsindən 2.2 milyard manat vəsait ayrılacaq.

S. Şərifov bildirib ki, cari ildə olduğu kimi 2022-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpası əsas prioritet olaraq qalmaqdadır.

“İşğaldan azad olunmuş ərazilərin tarixi simalarının qaytarılması, mədəni tarixi abidələrin bərpası, elektrik, su yol xətlərinin çəkilməsi ilə bağlı başlanılan işlər böyük sürətlə davam etməkdədir” – deyə nazir əlavə edib.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, növbəti ildə yaşa görə əmək pensiyasının orta məbləğinin 358 manatdan 375 manata çatması gözlənilir.

Nazir bildirib ki, cari ilin 10 ayında orta pensiya məbləği 331 manat qiymətləndirilir. Növbəti ildə isə bu məbləğin artaraq 345 manata çatması gözlənilir.

“Bu da birmənalı olaraq ölkədə həm minimal pensiyaların, həm də aztəminatlı ailələrin sosial rifahının dəstəklənməsi və orta pensiya məbləğinin artırılaraq əhalinin layiqli həyat səviyyəsinin təmin olunması üçün verilən növbəti dəstək tədbiri olacaq”. – deyə S.Babayev bildirib.

Nazirin sözlərinə görə, əsassız və saxta yollarla pensiya verilməsinin qarşısını almaq istiqamətində ciddi tədbirlər görülür. Hazırda ölkə üzrə sosial xərclərin təyinatı mərkəzləşdirilir.

“Burada tək pensiyalardan söhbət getmir. Arxiv sənədlərinin mərkəzləşdirilməsi çərçivəsində də yüksək məbləğli saxta pensiya işlərinin hamısı tam ləğv edilir. Artıq 16 rayonda ünvanlı sosial yardım üzrə yoxlamalar tam mərkəzləşdirilib. İlin sonunadək bu proses 46 rayonda həyata keçiriləcək” – deyə S.Babayev bildirib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma