Zəfər günü münasibəti Bakıda və Şuşada musiqili atəşfəşanlıqlar olub -VIDEO

Noyabrın 8-də Bakıda və Şuşada torpaqlarımızın işğaldan azad edilməsi və şanlı zəfər tariximizə həsr olunan musiqili atəşfəşanlıq olub.

TIME bildirir ki, Azərbaycanın korifey bəstəkarlarının musiqilərinin müşayiəti ilə Zəfər Günü üçün hazırlanan atəşfəşanlıq Bakıda Dənizkənarı Bulvarda və Şuşada baş tutub.

Atəşfəşanlığı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası, “Cəngi”, “Qarabağ şikəstəsi”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” və digər əsərlər müşayiət edib.

Leave a Reply