Bu gün Dövlət Bayrağı günüdür – bayrağımız daim zirvələrdə dalğalansın!

Bu gün Azərbaycanda Dövlət bayrağının yaranmasının 103-cü ildönümüdür. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cumhuriyyətinin qərarı ilə qəbul edilib. 

Sovet hakimiyyəti dövründə imtina edilən bayraq, illər sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə Respublika Prezidenti İlham Əliyev 17 noyabr 2009-cu ildə hər il noyabr ayının 9-u tarixində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalamışdı.

Bu il Azərbaycan Dövlət Bayrağı Gününü ötən il olduğu kimi tam başqa bir əhval ruhiyyə ilə keçirir, çünki bu bayramın sevinci qalibiyyət sevinci ilə qarışıb, işğal altında olan torpaqlarımız azad edilib və artıq bu torpaqlarda bərpa-quruculuq işləri aparılır.

Azərbaycan dövləti artıq bir daha təsdiq edib ki, bayrağımızın arxasında qəhrəman Azərbaycan ordusu, yenilməz Azərbaycan xalqı, güclü iqtisadiyyat və təbii sərvətlər və, ən əsası, bu dövləti ustalıqla idarə edən qüdrətli və humanist dövlət başçısı var. Qələbə sevincimiz kədər qatan Vətən uğrunda həyatlarını qurban vermiş şəhidlərimiz daim bizim qürur mənbəyimiz olaraq qalacaq, çünki məhz onların qəhrəmanlığı və fədakarlığı nəticəsində Azərbaycan qalibiyyətə nail olub və dövlətimizin şərəfli səhifələrini yazmağa müvəffəq olub. Hər birimiz Azərbaycan vətəndaşı olaraq şəhid anaları qarşısında baş əyirik, vətənə bu cür qəhrəman oğullar bağışladıqları üçün təşəkkür edirik.

Qalibiyyət dövlətimizin dahada güclənməsinə və regionda sülhün və əmin-amanlığın bərqərar olmasına imkan verdi, Azərbaycan dövləti yad əllərdən azad edilmiş torpaqlarına yeni həyat bəxş edir və vətəndaşlarımızın rifahının yüksəlməsinə nail olacaq.

Xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirən Azərbaycan bayrağının hər zaman zirvələrdə dalğalanmasını diləyirik.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma