Müdafiə Nazirliyi Zəfər Gününü ilə bağlı tədbirlər keçirib – VİDEO

Vətən müharibəsinin birinci ildönümü münasibətilə Müdafiə Nazirliyi bir sıra tədbir və aksiya təşkil edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazirlik Zəfər Günününə həsr edilmiş xüsusi video çarx hazırlayıb.

Tədbirlər çərçivəsində, Müdafiə Nazirliyi, “YAŞAT” Fondu, Bakı şəhər İcra Hakimiyyəti və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda təşkil olunan “Zəfər yarmarkası” paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının böyük marağına səbəb olub.
Yarmarkada nümayiş etdirilən Azərbaycan Ordusunun silahlanmasında olan bir sıra silah, texnika və PUA nümunələri, eləcə də müxtəlif təminat növləri barədə hərbi qulluqçularımız tərəfindən ətraflı məlumatlar verilir.
Həmçinin Müdafiə Nazirliyinin hərbi orkestrlərinin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin, respublikamızın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə vətənpərvərlik ruhunda musiqi nömrələri və maraqlı çıxışlar təqdim olunur.
Eyni zamanda, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi təşkilatçılığı ilə “Əsgərə məktub” layihəsi “Zəfər yarmarkası”nda təşkil olunub. Paytaxt sakinlərinin Vətənimizin keşiyində dayanan qalib Azərbaycan əsgərinə böyük qürur hissi ilə yazdıqları məktublar işğaldan azad olunan ərazilərimizdə xidmət edən əsgərlərimizə çatdırılacaq.

Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup hərbi qulluqçusunun, “Qartal” Dağçılıq İdman Klubunun alpinistlərinin və “Baku.TV”-nin əməkdaşlarının iştirakı ilə Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Dəmir yumruq” ekspedisiyası keçirilib.
Əvvəlcə Şəhidlər xiyabanları ziyarət olunaraq şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyulub və xatirələri ehtiramla yad edilib.
Polkovnik-leytenant Zal Nəbiyevin və klubun rəhbəri Rüfət Qocayevin başçılıq etdiyi bir qrup alpinistlər Quba rayonu ərazisindəki “Zəfər” zirvəsinə yürüş edib.
Dəniz səviyyəsindən 4301 metr yüksəklikdə Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən “Zəfər” zirvəsinə qalxan alpinistlər, burada Azərbaycan Respublikasının Dövlət himnini ifa edib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Mehteran Birliyi Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə keçirilən konsertdə çıxış edib.
Konsert proqramını Azərbaycan və Türkiyənin müdafiə nazirləri, baş qərargah rəisləri, qoşun növü komandanları və digər hərbi rəhbərləri, o cümlədən hərbi qulluqçuların və şəhidlərin ailə üzvləri, qazilər izləyiblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə Respublikasının İstiqlal marşı və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
General-polkovnik Zakir Həsənov tədbirdə çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbədə Türkiyənin siyasi və mənəvi dəstəyinə görə öz təşəkkürünü bildirib. Bu şanlı qələbənin – Zəfər Gününün qardaş türk xalqı ilə birgə qeyd edildiyi, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğu qonaqların diqqətinə çatdırılıb.
Cənab Hulusi Akar isə çıxışında xalqımızı bayram münasibətilə təbrik edərək, şanlı qələbənin qazanılmasında xüsusi qəhrəmanlıq göstərən igidlərin və şəhidlərimizin heç zaman unudulmayacağını bildirib.
Sonra Türkiyənin Mehteran Birliyi tərəfindən hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, tanınmış Azərbaycan, türk və dünya bəstəkarlarının müasir və klassik əsərlərindən ibarət musiqi parçaları təqdim olunub.
Səsləndirilən musiqi nömrələri böyük maraqla qarşılanıb və qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma