DOST Mərkəzlərinin hər birinin önündən 44 göyərçin səmaya uçuruldu – VİDEO

Zəfər günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Vətənimizə daim sülh arzusu ilə!” adlı aksiya keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hər bir DOST Mərkəzinin önündən sülh, əmin-amanlıq rəmzi olan göyərçinlər səmaya uçurulub.

Möhtəşəm tarixi Zəfərimizə həsr olunan tədbirdə DOST Mərkəzlərinin əməkdaşları və DOST könüllüləri ilə yanaşı, Vətən müharibəsinin bir qrup qazisi də iştirak edib.

Leave a Reply Cancel reply