Təhsil Nazirliyi və tabe qurumlar tərəfindən vətəndaşların videoqəbul qrafiki yenilənib

Təhsil Nazirliyində vətəndaşların qəbulu sahəsində əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə videobağlantı formatında qəbul davam etdirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, vətəndaşlar elektron müraciət vasitəsilə təhsil nazirinin müavinləri, müvafiq struktur bölmələrin, yerli təhsili idarəetmə qurumları, həmçinin tabe qurumların (Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Təhsil İnstitutu) rəhbərlərinin videoqəbuluna yazıla bilərlər. Yerli təhsili idarəetmə qurumlarının qəbul siyahısına 10 yeni rayon təhsil şöbəsi əlavə olunub.

Təhsil Nazirliyinin bütün tabe qurumları və rəhbər vəzifəli şəxslərinin qəbulunda (videoqəbulunda) iştirak etmək üçün Çağrı Mərkəzinin “146-1” nömrəli telefonuna zəng etməklə, (+994) 51 206 78 48 “Whatsapp” xidmətinə yazmaqla  və ya nazirliyin rəsmi internet səhifəsinin “Əlaqə” hissəsindən qəbuluna yazılmaq istədiyiniz qurumu və vəzifəli şəxsi seçməklə (https://edu.gov.az/contact_us) elektron sorğu göndərmək mümkündür. Videoqəbul qrafiki saytın əlaqə bölməsində yerləşdirilib. (https://edu.gov.az/az/graphic/page)

Qeyd edək ki, videoqəbulların keçirilməsində məqsəd vətəndaşların rahatlığının təmin olunması, onlara göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma