Azərbaycan sənədli kinosuna diaqnoz qoyulub – məhv olma ərəfəsindədir

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov V DokuBaku Beynəlxalq Sənədli Film Festivalı haqqında bəhs edərək qeyd edib ki, festivalda təqdim edilən filmlər Azərbaycan sənədli kinosu üçün diaqnozdur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Ə.İ. Cabbarov onuda qeyd edib ki, bu dəfə də festivalın proqramı zəngin və düşündürücüdür: “Bu dəfə də proqram zəngin və düşündürücüdür. Maraqlı burasıdır ki, mən filmlərə baxanda öz sənədli kinomuz haqqında düşünürəm. Düşünürəm ki, televiziya, sənədli kinomuzu tam məhv etmə ərəfəsindədir. Sənədli kino bütün dünyada televiziya estetikasından əziyyət çəkib amma həmişə müqavimət göstərib. Bizdə isə son vaxtlar sənədli kino iddiasında olan, əslində isə televeriliş estetikasında və ya buna yaxın stildə çəkilən sənədli videolar çoxluq təşkil edir. Televiziya sənədli filmi bərabər hüquqlu müstəqil janrdı və “danışan başlar”, iri planların çoxluğu bu format üçün normaldır. Amma sənədli filmin həm də kino formatı var və bu formatda bizim çox uğurlu nümunələrimiz var. İndi isə sənədli filmlərimiz kinosuz, kino estetikasız qalıb. Sənədli kinodan “sənəd” gedib “təbliğat” qalıb. Səmimi və sadə insan hekayələri yoxdur”.

Ə.İ.Cabbarov onu da qeyd edir ki, Xamis Muradovun Aydın Dadaşovla birgə çəkdiyi insan dramları indi sənədli kinomuzda yox səviyyəsindədi, Teymur Bəkirzadənin “Dissonas” filmindəki kimi  təsvir həllərinə ümumiyyətlə rast gəlmirik, sanki  sənədli kinonda təsvir həlləri olmamalıdı: “Mədəniyyət Nazirliyinin aidiyyati şöbəsi bu  mövzuda çox diqqətli olmalıdı. Dövlətin dotasiyasında olan studiyalar kino formatında sənədli filmlər çəkməlidir. Televiziya sənədli filmlərini onsuzda telekanallarımız çəkir. O telekanalların büdcəsi kinomuzun büdcəsindən dəfələrlə çoxdur. Kinoya ayrılmış maliyyə vəsaiti telekanallarla kooperasiyada çəkilən sənədli filmlər arasında kino estetikasında çəkilmiş filmlər əsas yer tutmalıdır. İnsan, insan səmimiyyətinə, insan hekayələrinə, maraqlı vizual həllərə, təsirli hekayələrə həsrət qalmış sənədli filmlərimizə, böyük hərflə KİNO qayıtmalıdı. Kino isə ilk növbədə insan deməkdir, onun hiss və fikirlərinin inikası deməkdir”.

Xatırladaq ki, 7  noyabr tarixinə qədər Azərbaycan Kinematoqrafçılarının Kino Evində, Daş Salnamədə və Kapelhausda DOKUBAKU filmlərinin nümayişi davam edəcək.

Festivalda təqdim olunacaq filmlərin əksəriyyəti insanların daxili və xarici metamorfozlarına, öz daxili axtarışlarına və yer üzündəki varlıqlarının mənasına həsr olunub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma