Əmək pensiyalarının və əməkhaqqıların artırılması müzakirə edilir

Azərbaycanda 2022-ci ilin sonunda əmək pensiyalarının orta aylıq məbləğinin 343,17 manat, gələn il minimum əməkhaqqının 300 manatadək artacağı proqnozlaşdırılır.

TIME Trend-ə istinadən bildirir ki, bu məsələlər “2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

2021-ci ilin sonuna isə bu rəqəmin 327,50 manat olacağı proqnozlaşdırılır.

Eyni zamanda ölkədə gələn il minimum aylıq əməkhaqqının 250 manatdan 300 manata qaldırılması təklif edilir.

2022-2025-ci illər ərzində əhalinin gəlirlərinin orta illik real artım tempi 4 faiz ətrafında proqnozlaşdırılır.

Qanun layihəsinə əsasən, buna orta müddətli dövrdə qeyri-neft sektorunun inkişafı, işğaldan azad edilmiş yerlərdə iqtisadi həyatın bərpası, özəl sektorda yeni iş yerlərinin yaradılması, əmək bazarının kölgədən çıxarılması siyasətinin davam etdirilməsi nəticəsində nail olunacağı bildirilir.

Bu məsələ də “2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsi Milli Məclisə daxil olub və komitə iclaslarında müzakirəyə çıxarılacaq.

Leave a Reply