Ərazi bütövlüyü naminə şəhid olmuş hərbi qulluqçular təltif ediliblər

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Vətən uğrunda” medalı ilə, “İgidliyə görə” medalı ilə, “Cəsur döyüşçü” medalı ilə, “Döyüşdə fərqlənməyə görə” medalı ilə, “Suqovuşanın azad olunmasına görə” medalı ilə, “Cəbrayılın azad olunmasına görə” medalı ilə, “Xocavəndin azad olunmasına görə” medalı ilə, “Füzulinin azad olunmasına görə” medalı ilə, “Qubadlının azad olunmasına görə” medalı ilə, “Şuşanın azad olunmasına görə” medalı ilə, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə, “Ağdamın azad olunmasına görə” medalı ilə, “Laçının azad olunmasına görə” medalı ilə təltif ediləcəklər. Təltif edilənlərin tam siyahısı ilə burada tanış ola bilərsiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma