Zəfər Günü ilə əlaqədar tədavülə xatirə pul nişanları buraxılır – FOTO

Azərbaycan Mərkəzi Bankı Zəfər Günü ilə əlaqədar olaraq tədavülə işğaldan azad edilən rayon və qəsəbələrə həsr olunmuş qızıl və gümüş sikkələr, 500 manat dəyərində “Zəfər” banknotu və yeni dizaynda 20 manar əskinası buraxıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə aparılmış 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun tarixi Zəfərinin ildönümü münasibətilə tədavülə buraxılan xatirə pul nişanlarının Mərkəzi Bankda təqdimat mərasimi keçirilmişdir.

Tədbiri giriş nitqi ilə açan Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd etdi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun apardığı 44 günlük Vətən Müharibəsi zəfərlə başa çatdı. Böyük qürur hissi ilə bildirildi ki, Mərkəzi Bankın 12 əməkdaşı da Vətən Müharibəsində iştirak etmişdir. Onlar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə medallarla, həmçinin yüksək nəticələr əldə etdiklərinə görə fəxri fərmanlarla təltif olunmuşlar.

Sonra E.Rüstəmov bildirdi ki, çağdaş tariximizin ən şanlı səhifələrindən biri kimi yaddaşlardan silinməyəcək bu Zəfər tarixini əbədiləşdirmək üçün Azərbaycan Mərkəzi Bankı 500 manat nominallı “ZƏFƏR” xatirə banknotunun, qızıl və gümüşdən hazırlanmış “Zəfər” xatirə monetasının, eləcə də düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə “Şuşa” şəhərinə, “Cəbrayıl”“Qubadlı”“Ağdam”“Zəngilan”“Füzuli”“Laçın”, “Kəlbəcər”, “Xocavənd” rayonlarına və “Suqovuşan” qəsəbəsinə həsr olunan gümüş xatirə sikkələrinin tədavülə buraxılmasını elan edir.

Qeyd olundu ki, xatirə banknotu üzərində əsas dizayn elementləri kimi Azərbaycan Respublikası Prezidentinin “Qarabağ Azərbaycandır!” ifadəsi, ölkəmizin tarixi-mədəni irs nümunəsi olan Molla Pənah Vaqifin məqbərəsi, qədim memarlıq nümunəsi olan Xudafərin körpüsünün, Əsgəran qalasının təsvirləri, eləcə də “8 Noyabr Zəfər Günü” sözləri, qələbəmizin simvoluna çevrilmiş Xarıbülbül, şəhid və qazi qanının təcəssümü olan qırmızı lalələr, yenilməz Azərbaycan əsgərləri, üçrəngli bayrağımızın təsvirləri əks olunmuşdur.

Mərkəzi Bank mövcud konsepsiya çərçivəsində “Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıq əskinasının da yenilənməsini həyata keçirmiş və növbəti ildən tədavülə buraxılması nəzərdə tutulur. “Qarabağ” mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri – Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə və qalxan təsvirləri saxlanılmaqla əlavə dizayn elementləri, o cümlədən Qarabağ florasının incisi sayılan və qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilmişdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma