Yaxın üç il ərzində ölkə ərazisi 100% genişzolaqlı internetlə əhatə ediləcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda genişzolaqlı internet şəbəkələrinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı proqnoz verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri” adlı konfransda çıxışı zamanıqeyd edib ki, hazırda ölkədə internetin dayanıqlı və davamlı olmaması əsas problemlərdən biridir.

Nazirin sözlərinə əsasən, bununla bağlı müxtəlif regionlardan şikayətlər daxil olur, lakin bu problemlərin həll olunması istiqamətində tədbirlər görüləcək.

“Hazırda ölkəmizin İT infrastrukturu iqtisadi potensialımızı tam şəkildə realizə etməyə imkan vermir. Bununla bağlı cənab Prezindetin tapşırığı var. 2024-cü ilin sonuna qədər respublikada genişzolaqlı internetlə təmin edilməmiş şəhər qalmayacaq”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma