Qanunsuz ov edən Səudiyyə Ərəbistanı vətəndaşları cərimələniblər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sarısu Ovçuluq Təsərrüfatında qanunsuz ov edən şəxslər saxlanılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, xidmət rəisi Hikmət Əlizadə bildirib ki, təqsirkarların 99-SA-024 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz ov alətləri aşkar edilib.

“Araşdırma zamanı qanunsuz ov edənlərin Səudiyyə Ərəbistanı vətəndaşları Aldarwish Omar, Alqadhan Mohammed, Alawjan Saad və Azərbaycan vətəndaşı Adil Zülfüqarov olduğu müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib edilərək təqsirkarlar ümumilikdə 7000 manat məbləğində cərimə olunub”.

Xidmət rəisi xarici ölkə vətəndaşları barəsində qanuna müvafiq tədbir görülməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məktub hazırlandığını bildirib.

Leave a ReplyCancel reply