Məktəblilərimiz Beynəlxalq Elm Olimpiadasında iştirak edəcəklər

12-21 dekabr 2021-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təşkil ediləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, olimpiada təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 15-dən çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunan elm yarışıdır. Artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri bu yarışda ölkəmizi uğurla təmsil edirlər.

Təhsil İnstitutu tərəfindən 30 oktyabr 2021-ci il tarixində keçirilən ikinci seçmə imtahanına birinci imtahanda uğurla çıxış edərək dərslərdə iştirak etmək haqqı qazanan şagirdlər dəvət ediliblər.

İmtahan nəticələrinə əsasən seçilən komanda üzvləri aşağıdakılardır:

1. Nigar Yaqublu – Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi

2. Dəniz Səttarlı – Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi

3. Dərya Namazova – Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi

4. Sara Əhmədzadə – Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Kimya-biologiya təmayüllü Respublika liseyi

5. Aygün Haqverdiyeva – Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziya 

6. Daniil Yarkovoy – Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Akademik Zərifə Əliyeva adına lisey

Leave a ReplyCancel reply