“Görünməyən qəhrəmanlar” silsiləsindən sənədli filmlər

Mədəniyyət Nazirliyinin dəstəyi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının və İctimai Televiziyanın (İTV) birgə istehsal etdiyi “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsinin nümayişi davam edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hər biri 44 dəqiqə olmaqla 5 sənədli filmdən ibarət olan silsilədə müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibədə keçdiyi şərəfli döyüş yolundan bəhs edilir. Filmlərdə real döyüş xatirələri nəql olunur, eksklüziv kadrlar göstərilir. Sənədli serialın prodüseri Fariz Əhmədovdur.

Seriyanın ilk filmi – “Görünməyən qəhrəmanlar: 27 sentyabr” filmi Vətən müharibəsinin başladığı günün ildönümündə – sentyabrın 27-də İTV-də nümayiş olunub.

Noyabr ayının əvvəlindən başlayaraq Zəfər Gününə qədər silsilənin bütün filmləri İTV-nin efirində yayımlanıacaq.

“Görünməyən qəhrəmanlar: 27 sentyabr” – rejissor: Seyran Mahmudoğlu / ssenari müəllifi: Seyran Mahmudoğlu

“Görünməyən qəhrəmanlar: Hərbi Hava Qüvvələri” – rejissor: Bəhruz Qədirov / ssenari müəllifi: Billurə Aslanova

“Görünməyən qəhrəmanlar: Artilleriya” – rejissor: Ayşad Səfərəliyev / ssenari müəllifi: İdris Heydərli

“Görünməyən qəhrəmanlar: Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları” – rejissor: Seyran Mahmudoğlu / ssenari müəllifi: İdris Heydərli

“Görünməyən qəhrəmanlar: Dövlət Sərhəd Xidməti” – rejissor: Seyran Mahmudoğlu / ssenari müəllifi: Esmira Bədəlova-Məmmədova

Qeyd edək ki, Mədəniyyət Nazirliyi bir il ərzində Vətən müharibəsinə həsr olunmuş 20-dən artıq müxtəlif metrajlı filmlərin istehsalına dəstək göstərib. Bu filmlərin istehsalı həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən aparılıb.

Leave a Reply