Rəqəmsallaşma çağırışlarına uyğulaşma üzrə memorandum imzalanıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və “Dubai Future Foundation” arasında Anlaşma Memorandumu imzalanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov bu xəbərlə bağlı şəxsi “Twitter” səhifəsində paylaşım edib.

https://platform.twitter.com/widgets.js

Nazir sözlərinə əsasən, Anlaşma Memorandum rəqəmsal həllərin və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq nəzərdə tutur: “Qabaqcıl texnologiyaların sürətlə mənimsənilməsi, vətəndaşlara və biznes maraqlarına xidmət etməsi üçün Dördüncü Sənaye İnqilabı çağırışlarına çevik uyğunlaşma xüsusi əhəmiyyət kəsb edir”.

Leave a Reply