Azərbaycan “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib

Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Sessiyasında Pariş Sazişindən sonra 5 illik dövrün nəticələri müzakirə edilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ETSN-in Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı bildirib ki, konfrans çərçivəsində Azərbaycanın nümayəndə heyəti Qlobal Ekologiya Fondunun icraçı direktoru, Dünya Təbiəti Mühafizə İttifaqının rəhbəri və İslam İnkişaf Bankının prezidenti, həmçinin Yaşıl İqlim Fondunun rəhbərliyi, Səhralaşmaya qarşı Konvensiyanın Baş Katibi, Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibi və İqlim Dəyişmələri üzrə Hökumətlərarası panelin sədri ilə görüşüb. 

Konfransda “Yaşıl İqtisadiyyat”a keçid istiqamətində qəbul olunmuş inkişaf proqramları, iqtisadiyyatın sürətlə inkişaf etməsinə baxmayaraq ölkəmizin qlobal emissiyalarda payının çox cüzi, 0,15 faiz təşkil etməsi haqqında məlumatlar verilib.  

Qlobal səylərə öz töhfəsini vermək məqsədilə Azərbaycan Konfransda yeni hədəflə çıxış edərək, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azalmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib.

Eyni zamanda, ağıllı şəhər/ağıllı kənd konsepsiyasının reallaşması və bu ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması planları haqqında danışılıb.  

Konfransda həmçinin, iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün Azərbaycanda erkən xəbərdarlıq sisteminin yaradılması məqsədilə hidrometeoroloji müşahidə şəbəkəsinin modernləşdirilməsi barədə məlumat verilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma