Abşeron DOST mərkəzində vahid əlaqələndirmə mərkəzi açılır

Sabahdan Abşeron DOST mərkəzində də vahid əlaqələndirmə mərkəzi fəaliyyətə başlayacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Sabah, noyabrın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin Abşeron DOST mərkəzində də şəhid ailələri və müharibə əlilləri, habelə Vətən müharibəsində xəsarət almış hərbi qulluqçuların müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzi fəaliyyətə başlayacaq.

Mərkəzdə Abşeron rayonu və Sumqayıt şəhəri üzrə qeyd olunan kateqoriyalara aid şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstəriləcək.

Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən yaradılan vahid əlaqələndirmə mərkəzlərində ümumilikdə artıq 21 qurum üzrə (6 mərkəzi, 15 yerli icra hakimiyyəti orqanı) tərəfindən 26 istiqamətdə xidmətlər vahid məkandan təqdim edilir.

Bu il avqustun 23-dən Bakıdakı DOST mərkəzlərində fəaliyyətə başlayan vahid əlaqələndirmə mərkəzlərində ilkin mərhələdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsində xəsarət almış hərbi qulluqçular və həmin müharibənin əlillərinin müraciətləri qəbul edilib. Oktyabrın 19-dan isə bu mərkəzlərdə 1-ci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibənin əlillərinin müraciətlərinin də qəbuluna başlanıb və onlardan da artıq 222 nəfər qəbul olunub.

Ümumilikdə isə ötən dövrdə vahid əlaqələndirmə mərkəzlərinə 2800-ə yaxın (o cümlədən Çağrı mərkəzi-142 vasitəsilə 224) vətəndaş müraciət edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma